"Gələn il "Formula 1" üzrə Azərbaycan Qran-prisi iyunun 7-də keçiriləcək". Bunu Gənclər və İdman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib.
"Hələ "Formula 1"in yeni təqvimi açıqlanmayıb. Amma böyük ehtimalla, 2020-ci ilin yarışlarının iyulun 5-7-də keçirilməsi təsdiqlənəcək", - nazir bildirib.