Bu komanda İngiltərə superkubokunun qalibi oldu | Eurasia Diary - ednews.net

16 Oktyabr, Çərşənbə


Bu komanda İngiltərə superkubokunun qalibi oldu

İdman A- A A+
İngiltərə Superkubokunun qalibi müəyyənləşib.

Eurasia Diary xəbər verir ki, oyun Londondakı “Uembli” stadionunda keçirilib.

Premyer Liqanın qalibi “Mançester Siti” gümüş mükafatçı “Liverpul”u sınağa çəkib. Mançesterlilər “tripl” müəllifi olaraq kubok və Liqa kubokunu da qazandığından Superkubokda Premyer Liqanın gümüş mükafatçısı ilə görüşüb. Matçın taleyini penaltilər seriyası həll edib. Komandalardan hərəsi oyunun bir hissəsində fərqləndiyindən 90 dəqiqə qalibi müəyyənləşdirməyib. Əlavə vaxtın olmadığı oyundan sonrakı “lotereya”da mançesterlilə daha dəqiq olub – 5:4.

Bununla da “şəhərlilər” ardıcıl 2-ci, tarixində 6-cı dəfə Superkuboka yiyələnib.

İngiltərə Superkuboku:

“Liverpul” – “Mançester Siti” – 1:1, pen. 4:5

Matip, 78 - Sterlinq, 12

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...