"Ötən il baş verənlərə görə nəsə demək çətindir, hə? Amma mən peşman deyiləm və ötən il dediklərimi təkrar edirəm. Bu komandaya, məşqçilər heyətinə güvənirəm və əminəm ki, yenidən bütün titullar uğrunda mübarizə aparacayıq".
Eurasia Diary xəbər verir ki, bu sözləri dünən "Barselona"nın argentinalı hücumçusu Lionel Messi "Kamp Nou"da komandanın təqdimatında çıxışı zamanı bildirib.
"Ötən il biz 11 ildə 8-ci La Liga titulunu qazandıq. İndi buna dəyər verilmir, amma gələcəkdə bunun üçün necə çətinliklər çəkdiyimizin şahidi olacayıq. Biz nail olduğumuz hər şeyi qiymətləndiririk. Hazırda isə yenidən hər şey üçün hazırıq və sizlərlə birlikdə hər şeyi qazanmaq istəyirik", - deyən Messinin çıxışı azarkeşlər tərəfindən alqışlarla qarşılanıb.