"Barselona" komandasının aparıcı oyunçusu Lionel Messi zədə səbəbi ilə ABŞ-da "Napoli"yə qarşı oyunu ötürməli olacaq.
Eurasia Diary xəbər verir ki, argentinalı ulduz bu barədə sosial şəbəkələrdəki hesablarında paylaşıb.
"Mövsümə başlamağı səbirsizliklə gözləyirdim, amma təəssüf ki, ilk məşqdə problem yarandı, buna görə də bir müddət kənarda qalmalı olacam.
Mesajlar və diqqətiniz üçün hamınıza təşəkkür edirəm. ABŞ-da komandamla və bizi izləyən azarkeşlərlə birlikdə olmaq istərdim. Bu dəfə mümkün olmayacaq, amma tezliklə bir-birimizi görəcəyik",- deyə Messi yazıb.
"Barselona"dan verilən rəsmi açıqlamada da bildirilib ki, Messi sözügedən oyunu buraxacaq.