"Bu gün dünyada əslində əsas brendimiz "Qarabağ' klubudur. Əminəm ki, aslanlarımız Cənubi Kiprin "APOEL" komandası ilə başabaş oynayacaq və iki oyunun nəticısinə görə uğur qazanacaq".
Eurasia Diary xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa özünün feysbuk hesabında yazıb.
"Sadəcə düşünürəm ki, biz dövlət olaraq bütün imkanları səfərbər alaraq bu kluba ən azı iki güclü xarici futbolçu almalıydıq. Bir "Qarabağ" adında klubun Çempionlar Liqasına çıxması bir neçə ay ərzində aparılan mühüm təbliğat deməkdir. Belə fürsətləri dəyərləndirməmiz vacibdir", - deyə Fazil Mustafa bildirib.