UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin Kiprin paytaxtı Nikosiyada keçirilən APOEL - "Qarabağ" oyununda təxribata əl atılıb.
Eurasia Diary-nin xəbərinə görə, oyunun keçirildiyi QSP arenasında meydançasının "Qarabağ"a aid olan hissəsinə yaxın Yunanıstan bayrağı ilə yanaşı Ermənistan bayrağı asılıb.
Hazırda Kiprdə olan "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Oxu.Az-a açıqlamasında belə deyib: "O bayraqdan xəbərimiz var. Biz daha əvvəl də bu barədə UEFA nümayəndələri ilə danışmışıq. Əgər qondarma Dağlıq Qarabağ bayrağı olsaydı, onu deyib yığışdırmaq olardı. Amma Ermənistan müstəqil dövlət olduğundan, təəssüf ki, buna qarışmaq imkanımız yoxdur".
Qeyd edək ki, daha əvvəllər də Azərbaycan klubları bu ölkədə oynayarkən Kipr yunanları və ermənilərin təxribatı ilə üzləşib. Belə ki, "Neftçi"nin APOEL və "Qəbələ"nin "Apollon"la görüşlərində Azərbaycan bayrağı yandırılıb, qondarma Dağlıq Qarabağın bayrağı yüksəldilib.
Nəzərinizə çatdıraq ki, oyunda 59-cu dəqiqə gedir və Qarabağ 0-1 hesabı ilə rəqibini məğub edir.(oxu.az)