Xəbər verdiyimiz kimi, ötən gecə ABŞ-da "Barselona" və "Napoli" futbol komandaları arasında yoxlama oyunu keçirilib.
Eurasia Dairy bildirir ki, Kataloniya klubunun 4-0 hesabı ilə qalib gəldiyi oyunda qollardan birini komandanın yeni oyunçusu Antuan Qrizman vurub. Bu, fransalı oyunçunun "Barselona"nın heyətində ilk qoludur.
Qeyd edək ki, Qrizman sosial şəbəkə hesabından "Napoli"yə vurduğu qolla bağlı paylaşım edib.
"Barsa" ilə ilk qolumu vurduğum üçün çox xoşbəxtəm. Ümid edirəm bu axarıncı olar. Öpürəm hər kəsi", - Qrizman yazıb.