"Qırmızı şeytanlar" "Çelsi"ni darmadağın etdi - FOTOLAR | Eurasia Diary - ednews.net

18 Avqust,


"Qırmızı şeytanlar" "Çelsi"ni darmadağın etdi - FOTOLAR

İdman A- A A+

Futbol üzrə İngiltərə Premyer Liqasının yeni mövsümdə birinci turunun növbəti oyunları keçirilib.

Eurasia Diary xəbər verir ki, "Old Trafford" stadionunda "Mançester Yunayted" əzəli rəqibi "Çelsi" ilə üz-üzə gəlib.

Frenk Lempardın rəhbərliyi altında ilk rəsmi oyununa çıxan "Çelsi" darmadağınla üzləşib. Matç "qırmızı şeytanlar"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda qolları Reşford (18 və 67-ci dəqiqələrdə), Marsyal (65) və Ceyms (81) vurub.

Qələbə sayəsində ilk üç xalını qazanan "Mançester Yunayted" ikinci pilləyə yüksəlib və yalnız qol sayına "Mançester Siti"dən (5 qol) geri qalır.

1

1

1

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...