“Dəniz kuboku – 2019” müsabiqəsinin iştirakçıları arasında mini-futbol turniri keçirilib - FOTOLAR | Eurasia Diary - ednews.net

11 Dekabr, Çərşənbə


“Dəniz kuboku – 2019” müsabiqəsinin iştirakçıları arasında mini-futbol turniri keçirilib - FOTOLAR

İdman A- A A+

“Dəniz kuboku - 2019” beynəlxalq müsabiqəsi çərçivəsində hərbi gəmilərin heyətləri arasında mini-futbol yarışı keçirilib.

Eurasia Diary xəbər verir ki,tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

İlk görüşdə İran komandası ilə qarşılaşan Rusiya hərbi dənizçiləri qalib gəlib. Azərbaycan və Qazaxıstan komandalarının oyunu isə dənizçilərimizin qələbəsi ilə başa çatıb.

Final  oyunlarında Azərbaycan komandası Rusiya dənizçilərinə, İran hərbçiləri isə Qazaxıstan komandasına qalib gəlib.

Beləliklə futbol üzrə dostluq turnirinin yekununa görə Azərbaycan birinci, Rusiya ikinci, İran komandası isə üçüncü yerə layiq görülüb.

Qalib komandalara kuboklar, medallar, fəxri fərmanlar və hədiyyələr təqdim edilib.
Sonda xatirə şəkli çəkdirilib.

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...