Bu gün Türkiyənin İstanbul şəhərində UEFA Superkuboku uğrunda oyun keçiriləcək.
Eurasia Diary xəbər verir ki, "Vodafone Park"da İngiltərənin iki təmsilçisi - "Liverpul" və "Çelsi" komandaları üz-üzə gələcək.
Ötən mövsüm "Liverpul" İspaniyanın paytaxtı Madriddə keçirilmiş final matçında "Tottenhem"i 2:0 hesabı ilə yenərək, Çempionlar Liqasının qalibi olub. "Çelsi" isə Bakı Olimpiya Stadionunda təşkil olunmuş Avropa Liqasının həlledici qarşılaşmasında "Arsenal"ı darmadağın edib - 4:1.
Bakı vaxtı ilə saat 23:00-da başlanacaq görüşü ilk dəfə qadın referi idarə edəcək.