"Messi məni yaxşı oyunçu etdi" - Ronaldo | Eurasia Diary - ednews.net

16 Sentyabr, Bazar ertəsi


"Messi məni yaxşı oyunçu etdi" - Ronaldo

İdman A- A A+

"Messinin karyerasına heyran qalıram. İspaniya La Liqasından ayrılmağımın ona təsir etdiyini müsahibəsində bildirmişdi. Çünki bu, adi rəqabət sayılmır. Belə rəqabətin olması futbol üçün yaxşı haldır".

Eurasia Diary xəbər verir ki, bunu "Yuventus"un hücumçusu Kriştiano Ronaldo "Barselona"nın kapitanı Lionel Messi haqqında düşüncələrini bildirərkən deyib.

"Şübhəsiz Messi məni yaxşı oyunçu etdi. Eləcə də mən də onu. Titullar qazandığımda o, qıcıqlanır. Həmçinin eyni hal o, qazanarkən məndə baş verir.

Messi ilə əla münasibətim var. Onunla heç vaxt eyni masada oturub nahar etməmişəm. Gələcəkdə bu niyə baş verməsinki?! Bunda heç bir problem görmürəm", - deyə Ronaldo bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...