Bu gün futbol üzrə Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.
Eurasia Diary xəbər verir ki, Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi “Qarabağ” da növbəti oyununa çıxıb.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Şimali İrlandiyanın “Linfild” klubu ilə qarşılaşıb.
Belfastda baş tutan ilk oyunda 2:3 hesabıyla məğlub olan Ağdam təmsilçisinə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq üçün doğma meydanda 1:0 hesablı qələbə də bəs edirdi. Qarşılaşmanın əvvəlindəcə Xayme Romero erkən qolla təmsilçimizi sevindirib. Matçın sonlarında daha bir qol vuran təmsilçimiz vacib qələbə sayəsində tarixində 6-cı dəfə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanıb.
Avropa Liqası
Pley-off mərhələsinin cavab oyunu
29 avqust
“Qarabağ” - “Linfild” 2:1
Qol: X.Romero, 6. A.Zubir, 88 - Ş.Leyveri, 90+3.
Qol: X.Romero, 6. A.Zubir, 88 - Ş.Leyveri, 90+3.