Dünən Güney Azərbaycanda yerləşən stadionda "Traxturla-Persepolis"- in matçı keçirilib.
30 avqust Türkiyə Cümhuriyyətinin Zəfər bayramı ilə əlaqədar olaraq Güney azərbaycanlılar stadionu al-qırmızı rəngə boyayıblar.
Türk dünyası üçün əlamətdar olan tarixi hadisələr zamanı "Traxtur" futbol klubunun azarkeşləri İran hökumətinin yaratdığı bütün maneələrə rəğmən qeyd etməyə çalışırlar.
Matçın "Traxtur"-un 1:0 hesablı qələbəsi ilə bitməsi isə meydançanı bayram yerinə çevirib.
Oyunun gedişində isə Ehsan adlı futbolçunun vurduğu qoldan sonra şərhçi "Sən yaşa, min yaşa, Mustafa Kamal paşa" şüarını səsləndirib.
Eurasia Diary "musavat.com"a istinadla keçirilən oyundan geriyə qalan görüntüləri sizlərə təqdim edir: