Bakıya gəlməkdən qorxan erməni futbolçu “Arsenal”dan göndərildi - Foto | Eurasia Diary - ednews.net

19 Sentyabr, Cümə axşamı


Bakıya gəlməkdən qorxan erməni futbolçu “Arsenal”dan göndərildi - Foto

İdman A- A A+

“Arsenal”ın erməni futbolçusu Henrix Mxitariyan karyerasını “Roma”da davam etdirəcək.

Eurasia Diary xəbər verir ki, bu barədə klubun rəsmi Tvitter hesabında paylaşım edlib. Paylaşımda “Mxitariyan Romaya uçdu” - deyə yazılıb. 

Xarici KİV-də bildirilir ki, İngiltərə klubu erməni futbolçunu İtaliya təmsilçisinə 1 illik icarəyə verib. 2018-ci ilin yanvarından “topçular”ın heyətinə qatılan 30 yaşlı yarımmüdafiəçinin klubla müqaviləsi 20121-ci ilin iyununda başa çatacaq. Ermənistan millisinin üzvü “ağ-qırmızılar”da 39 oyunda meydanda olub və 8 qola imza atıb.

Qeyd edək ki, Mxitaryan təhlükəsizlik məsələsini bəhanə edərək Avropa Liqasının bu il mayın 29-da Bakıda keçirilən final oyununa gəlməyib. Onun komandası həlledici görüşdə İngiltərənin digər təmsilçisi “Çelsi”yə 1:4 hesabı ilə uduzub. Bundan sonra klubun onu saxlamaq istəməməsi ilə bağlı İngiltərə mətbuatında yazılar dərc edilmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...