"Yuventus"un futbolçusu Kriştianu Ronaldu vəsiyyətnamə yazıb.
Eurasia Diary qol.az-a istinadən xəbər verir ki, 34 yaşlı hücumçu bununla bağlı Lissabonda vəkili ilə görüşüb və sənədin bütün detallarını müzakirə edib.
Qeyd edilir ki, Ronaldu ölsə, onun əsas varisi sevgilisi Corciana Rodriges olacaq. O, portuqaliyalı futbolçunun övladının anasıdır.
Qeyd edək ki, Ronaldunun var-dövləti 300 milyon avrodan çox qiymətləndirilir.