Azərbaycan klubunun oyunçuları Afrikada üz-üzə gəldilər | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


Azərbaycan klubunun oyunçuları Afrikada üz-üzə gəldilər

İdman A- A A+

"Zirə" klubunun iki futbolçusu ölkələrinin milli komandalarında qarşılaşıblar.

Oxu.Az xəbər verir ki, söhbət Malavi yığmasında çıxış edən Robin Nqalande ilə Botsvana millisinin üzvü Mfo Kqasvanendən gedir.

Adıçəkilən yığmalar DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində ilk oyunlarını keçiriblər.

Oyun Botsvanada baş tutub. Tərəflər 90 dəqiqə ərzində fərqlənə bilməyiblər – 0:0.

Kqasvane start heyətdə meydana çıxıb və 50-ci dəqiqədə əvəzlənib. O, 45-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb. Nqalande isə 76-cı dəqiqədə meydana buraxılıb.

Bu komandalar arasındakı cavab oyunu sentyabrın 10-da Malavidə baş tutacaq. Cütün qalibi Afrika zonası üzrə seçmə mərhələnin ikinci raundunda qrupa vəsiqə qazanacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...