Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
Eurasia Diary xəbər verir ki, E qrupunda qərarlaşan Nikola Yurçeviçin kollektivi VI turda Xorvatiya ilə qarşılaşıb.
Qarşılaşmada hesabı da xorvatlar açıblar. Qonaqların kapitanı Luka Modriç öz doğum günündə penaltini dəqiq zərbə ilə qola çevirib. Amma ikinci hissədə meydana sonradan çıxan Təmkin Xəlilzadə hesaba tarazlıq gətirən qola imza atıb. Matçda başqa qol olmayınca yığmamız Dünya Çempionatının finalçısından xal alıb. Bu, həm də yığmamızın ilk xalı olub.
Azərbaycan - Xorvatiya 1:1
Qol: T.Xəlilzadə, 72 - L.Modriç, 11-pen.