"Nə deyəcəyimi bilmirəm. Karyeram ərzində belə oyun keçirməmişdim. Bu, sadə oyun olmalı idi. Biz üç xal qazanmalı idik".
Eurasia Diary "nova tv"yə istinadən xəbər verir ki, bu sözləri futbol üzrə Xorvatiya millisinin futbolçusu Nikola Vlaşiç deyib.
Moskva ÇSKA-sının 21 yaşlı hücumameyilli yarımmüdafiəçisi Azərbaycanla 1:1 oynadıqları görüş barədə fikirlərini bildirib. O qeyd edib ki, 72-ci dəqiqədə xorvatlara qol vuran Təmkin Xəlilzadə onların müdafiəsini Argentina millisinin və "Barselona"nın ulduzu Lionel Messi kimi aparıb:
O, oktyabrın 10-da doğulduğu Split şəhərində keçiriləcək macarlarla oyunda qələbə qazanmalı olduqlarını bildirib:
"Bilmirəm, bəlkə də, ilk dəqiqələrdə qol vursaydım, başqa cür olardı. Bunu demək çətindir. Təəssüflər olsun ki, biz işimizi çətinləşdirdik. Ancaq hər şey bizim əlimizdədir. Bizə, sadəcə, növbəti matçlarımızı slovaklara qarşı oynadığımız kimi keçirməliyik.
Macarıstanla Splitdə keçirəcəyimiz oyun vacib olacaq. Ümid edirəm ki, möhtəşəm azarkeşlərimiz önündə "Polyud" stadionunda üç xalı qazanacağıq".