Avropa Çempionatı 2020 seçmə mərhələsində H qrupunda Türkiyə millisi səfərdə Moldovaya qonaq olub.
Eurasia Diary xəbər verir ki, matçı 4-0 hesabı ilə Türkiyə millisi qazanıb.
Qardaş ölkənin millilərinə qalibiyyəti gətirən qolları 37 və 79-cu dəqiqələrdə Cenk Tosun, 57-ci dəqiqədə Deniz Türüç ve 88-ci dəqiqədə Yusuf Yazıcı vurub.
Türkiyə bununla da qrupda xalını 15-ə yüksəldib. Moldova isə 3 xalla 5-ci sırada qalıb.
İslandiyanın Albaniyaya 4-2 məğlub olması və Fransanın isə Andorraya 3-0 qalib gəlməsi nəticəsində hazırda qrupda vəziyyət aşağıdakı kimidir:
1. Fransa: 15
2. Türkiyə: 15
3. İslandiya: 12
4. Albaniya: 9
5. Moldova: 3
6. Andorra: 0