Bu gün Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunları keçiriləcək.
Eurasia Diary-nin verdiyi xəbərə görə, Avroliqada Azərbaycanın yeganə təmsilçisi Ağdamın “Qarabağ” klubu ilk oyunda İspaniyanın “Sevilya” kollektivini qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 20:55-də başlayacaq.
Oyunu Ukraynadan olan hakimlər briqadası idarə edəcək.
Ağdam klubunun son məlumatına görə, qarşılaşmaya ayrılmış, demək olar ki, bütün biletlər satılıb.
Qrupun digər oyununda APOEL öz meydanında “Düdelanj”ı qəbul edəcək.