UEFA Avropa Liqasında qrup mərhələsinin 1-ci turunun oyunları keçirilib.
Eurasia Diary xəbər verir ki, ardıcıl altıncı mövsümdə Azərbaycanı avrokubokların qrup mərhələsində təmsil etmək hüququ qazanan "Qarabağ" da qrupda ilk oyununa çıxıb.
Qurban Qurbanovun çalışdırdığı kollektiv doğma meydanda İspaniyanın “Sevilya” klubunu sınağa çəkib. Avroliqanın ən çox qalibi olmuş bu komanda Bakıya əsas heyətlə gəlsə də, Ağdam klubu La Liqa nəhəngi ilə oyunda sürprizə imza atmağı hədəfləmişdi. Amma qarşılaşma Azərbaycan çempionu üçün çox uğursuz alınıb. İspaniya təmsilçisi bu oyunda 3 cavabsız qolla qalib gəlib.
A qrupu çərçivəsində bu gün APOEL də “Düdelanj”ı qəbul edib. Yeddi qolun qeydə alındığı bu qarşılaşma isə nə qədər gözlənilməz olsa da, Lüksemburq klubunun qələbəsiylə başa çatıb.
Avropa Liqası
A qrupu
19 sentyabr
Qarabağ - Sevilya 0:3
Qol: Çiçarito, 62. M.Ə.Haddadi, 78. O.Torres, 85.
APOEL (Kipr) - Düdelanj (Lüksemburq) 3:4
Qol: Pavloviç, 54; 58. De Vinsenti, 56-pen – Sinani, 36; 82. Bernier, 51. Stolz, 72.