İspaniyanın "Barselona" komandasının argentinalı hücumçusu Lionel Messi FİFA tərəfindən "İlin ən yaxşı futbolçusu" elan edilib.
Eurasia Diary xəbər verir ki, mükafatlandırılma mərasimi Milanda keçirilib.
İlin ən yaxşı futbolçusu adına həmçinin "Yuventus"un portuqaliyalı hücumçu Kriştian Ronaldu və "Liverpul"un müdafiəçisi Vircil van Deyk namizəd olublar.
FİFA 'The Best' 2019-un səsvermənin nəticələri:
Lionel Messi - 46 xal.
Vircil van Deyk - 38 xal.
Kriştiano Ronaldo - 36 xal.
"Liverpul"un baş məşqçisi Yurgen Klopp isə "İlin ən yaxşı məşqçisi" elan edilib.
Qeyd edək ki, birincilik uğrunda "Mançester Siti"nin baş məşqçisi Xose Qvardiola, "Tottenhem"in baş məşqçisi Maurisio Poçettino da namizəd olub.