"İndi yaşım çoxdur və başa düşürəm ki..." Lionel Messi

İdman 11:34 28.09.2019

"Barselona"nın kapitanı Lionel Messi FIFA-nın saytına müsahibə verib.

Eurasia Diary müsahibədən seçmələri təqdim edir:

- İllər keçir. Fiziki vəziyyəti qorumaq daha da çətinləşir. Özünə hər zamankından daha çox qayğı göstərməli, daha yaxşı durumda olmaq üçün hər gün çox çalışmağın gərəkdir. Oyun günlərində özümü karyeramın lap əvvəllərindəki kimi hiss edirəm. Amma hər halda indi yaş öz sözünü deyir. Gərək daha çox özümə qayğı göstərim. Səfərlərimizlə, oyunlarımızla bağlı fiziki vəziyyətimdə çətinlik hiss edirəm.

Ötən mövsüm qəribə keçdi. Fantastik mövsüm keçirdik, lakin bir oyun hər şeyi (Çempionlar Liqasında "Liverpul"la 0-4 hesablı cavab oyununu nəzərdə tutur - red.) dəyişdi. Bu bizdə elə bir üzüntü yaratdı ki, qarşıdakı La Liqa oyunlarına əhəmiyyət vermədik. Kral Kuboku finalına yaxşı hazırlaşa bilmədik. Aldığımız nəticə bizə bax belə təsir etmişdi. Həmin bir oyun, mövsümdə özündən böyük bir iz buraxdı. Çempionlar Liqası finalına çox yaxın idik, amma sonda bu turnir bizə böyük təsir göstərdi.

- İnsanlar nəyə görə sizin Kriştiano ilə münasibətinizin bu dərəcədə yaxşı olmasına təəccüblənirlər?
- Bu illər ərzində aramızda olan böyük rəqabətə səbəb, birimizin "Barsa"da, digərimizin isə "Real Madrid"də çıxış etməsilə bağlı oldu. Həmçinin biz ayrı-ayrılıqda çoxlu mükafatlar əldə etdik. İnsanlar ola bilsin rəqabətin futboldan kənarda da davam etdiyini düşünür. Lakin bu belə deyil. Hər ikimiz komandamızın uğuru üçün çalışırıq və heç birimiz məğlubiyyət acısı yaşamağı xoşlamırıq. Bu bizim qəbul etmədiyimiz bir şeydir. Məhz buna görə aramızda belə bir rəqabət mövcuddur. Əsas olan isə, bu rəqabətin elə meydanda da qalmasıdır.

- Ansu Fatidən gözləntiləriniz?
- Onu çox bəyənirəm. Möhtəşəm oyunçudur. Karyerasında çoxlu uğur qazanması üçün böyük potensiala sahibdir. İstəyirəm ki, karyeramın əvvəlində mənə edilən yardım onun üçün də edilsin: Heç bir təzyiq edilməsin, hər şey müsbət qarşılansın. Siz bilməlisiniz ki, onun hələ 16 yaşı var. Ümid edirəm kənardan edilən təzyiqlər ona təsirsiz ötüşər və o, getdikcə dünyanın ən yaxşılarından biri olar.

- İndi başa düşürsünüz ki, Ronaldinyo o vaxtlar sizə necə davrandığını...
- Ronaldinyo və həmçinin o vaxtlar baş məşqçi olan Frank Raykard. Ümumiyyətlə isə mən bütün komandanı deyərdim. Hər kəs mənə yardım edirdi. Raykard məni ehtiyatda saxlayanda, buna çox üzülürdüm. İndi yaşım çoxdur və başa düşürəm ki, onun o vaxt etdikləri mənim xeyrimə işlədi. Mən ona hər zaman təşəkkür edəcəm. Onun mənə olan münasibəti çox vacib rol oynayırdı.

- Karyeranızı Argentinada bitirməyi düşünürsünüzmü?
- Bəli. Bunu hər zaman demişəm. "Newells Old Boys" forması geyinmək uşaqlıq arzumdur. Sadəcə bunu gerçəkləşdirə biləcəyəmmi?! Bunu dəqiq bilmirəm. Həm də bu tam olaraq məndən asılı olan bir şey deyil. Mənim üç uşağım var.

- Leo Messinin bu mövsüm hədəfləri nədir?
- Hər şey. 4 ildən sonra biz Çempionlar Liqasını yenidən qazanmaq istəyirik. Biz bilirik ki, hər gün daha çox çalışmasaq bunu əldə edə bilmərik. "Kopa Amerika"ya gəldikdə isə, bu turnirin başlamasını səbrsizliklə gözləyirəm.

Qeyd edək ki, Lionel Messi bir neçə gün öncə FİFA tərəfindən 6-cı dəfə "İlin ən yaxşı futbolçusu" seçilib.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı