Oktyabrın 2-də Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirinin finalında Azərbaycan şahmatçısı Teymur Rəcəbov ilə çinli Liren Dinq arasında üçüncü partiya oynanılıb.
Eurasia Diary xəbər verir ki, bu mərhələnin üçüncü görüşündə şahmatçımız rəqibini 45-ci gedişdə məğlub edib. Birinci görüşdə heç-heçə edən, lakin ikinci partiyada qara fiqurlarla oyunda məğlub olan şahmatçımız bu qələbə sayəsində hesabı bərabərləşdirib.
Dünya kubokunun dördüncü partiyası oktyabrın 3-də oynanılacaq. Bu partiyada qalib müəyyənləşməsə oktyabrın 4-də tay-breyk qarşılaşması keçiriləcək.
Teymur Rəcəbov bu mötəbər yarışın finalına yüksələn ilk azərbaycanlı şahmatçı kimi ölkə idmanının tarixinə düşüb.
Turnirin mükafat fondu 1,6 milyon dollardır.