Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.
Eurasia Diary-nin məlumatına görə, Ağdam klubu Avropa Liqasının qrup mərhələsində ikinci matçına çıxacaq.
A qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri qrupda ilk səfər qarşılaşmasında qüvvəsini sınayacaq. “Qarabağ” Lüksemburq çempionu “Düdelanj”la görüşəcək.
Qeyd edək ki, qrupun digər matçında “Sevilya” APOEL-i qəbul edəcək.
Avropa Liqası
A qrupu, II tur
3 oktyabr
23:00. “Düdelanj” (Lüksemburq) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Con Biton
Yan xətt hakimləri: Daniel Makfarleyn, Duqlas Potter
Dördüncü hakim: Donald Robertson (hamısı Şotlandiya)
Hakim-inspektor: Con Eilif Skyervold (Norveç)
UEFA nümayəndəsi: Mixael Zoratti (Avstriya)
Lüksemburq. Josi Bartel stadionu
1 |
Sevilya |
1 |
1 |
0 |
0 |
3-0 |
3 |
2 |
Düdelanj |
1 |
1 |
0 |
0 |
4-3 |
3 |
3 |
APOEL |
1 |
0 |
0 |
1 |
3-4 |
0 |
4 |
Qarabağ |
1 |
0 |
0 |
1 |
0-3 |
0 |