Hindistanın Mumbay şəhərində 14 yaşlılar arasında şahmat üzrə keçirilən dünya çempionatının qalibi azərbaycanlı olub.
Eurasia Diary xəbər verir ki, həmyerlimiz Aydın Süleymanlı hamını qabaqlayaraq birinciliyə yüksəlib.
O, keçirdiyi 11 oyunun 7-də qələbə qazanıb, 4-də isə heç-heçə edib. Ümumilikdə 9 xal toplayan həmyerlimiz dünya çempionu olub.
Milli.Az bildirir ki, "Qafqazinfo"ya açıqlama verən Aydın Süleymanlı təəssüratlarını bölüşüb: "Qalib gəldiyim üçün sevincliyəm. Sonuncu dəfə Dünya Çempionatı kubokunu Azərbaycana 2015-ci ildə gətirmişdilər. 4 ildən sonra onu Azərbaycana mən gətirdim. Bu ay başlayacaq olan 16 yaşlılar arasında Olimpiya Çempionatında iştirak edəcəm. İnanıram ki, Azərbaycana komandası uğurla çıxış edəcək".