II Avropa Oyunlarının ən yaxşı idmançılarının adları açıqlanıb | Eurasia Diary - ednews.net

13 Noyabr, Çərşənbə


II Avropa Oyunlarının ən yaxşı idmançılarının adları açıqlanıb

İdman A- A A+

Belarusun paytaxtı Minskdə keçirilmiş II Avropa Oyunlarının ən yaxşı idmançıları müəyyənləşib.

Eurasia Diary-nin məlumatına görə, onların adları Qətərin paytaxtı Dohada təşkil olunan Milli Olimpiya Komitələri Assosiasiyasının XXVI Baş Assambleyasında açıqlanıb.

Qitə miqyaslı multiidman yarışının ən yaxşı qadın idmançısı adına 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan rusiyalı gimnast Dina Averina layiq görülüb. Ən yaxşı kişi idmançısı mükafatı isə Minsk-2019-un ikiqat qalibi və üçüncüsü olan italiyalı oxatan Mauro Nespoliyə verilib.

Qeyd edək ki, Avropa Oyunları iyunun 21-28-də keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...