“Beşiktaş”da yeni prezident seçildi | Eurasia Diary - ednews.net

15 Noyabr, Cümə


“Beşiktaş”da yeni prezident seçildi

İdman A- A A+

Türkiyənin “Beşiktaş" klubunda yeni prezident seçilib. 

Eurasia Diary Türkiyə KİV-nə istinadən yaydığı xəbər verir ki, Əhməd Nur Çebi İstanbul tklubunun yeni prezidenti seçilib.
 
O, prezident seçkisində digər namizədlər Serdal Adalı və Hürser Tekinoktaya qalib gəlib. Çebi 5009, Adalı 2983, Tekinoktay isə cəmi 537 səs toplaya bilib.
 
Beləliklə, Əhməd Nur Çebi “Beşiktaş” tarixinin 34-cü prezidenti olub. O, qarşıdakı 2.5 il ərzində klubun başında olacaq.

 

Qeyd edək ki, klubun bundan əvvəlki prezidenti Fikrət Orman idi. 2012-ci ildən İstanbul təmsilçisinə rəhbərlik edən Orman oktyabrda istefa vermişdi. (modern.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...