"Formula 1"Azərbaycan Qran-prisinin biletləri satışa çıxarıldı | Eurasia Diary - ednews.net

22 Noyabr, Cümə


"Formula 1"Azərbaycan Qran-prisinin biletləri satışa çıxarıldı

İdman A- A A+

Bu gündən  "Formula 1" üzrə 2020-ci il Azərbaycan Qran-prisi üçün bilet satışına start veriləcək.

Eurasia Diary xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası (BŞH)Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim məlumat verib.

O bildirib ki, qiymətlərdə cüzi dəyişikliklər var.

" Biletləri indidən almaq istəyənlərə 20 % endirim təklif olunur. İlkin endirim kampaniyası ilə birlikdə sırf yerli sakinlərə əlavə 25 %-lik endirim də təqdim olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir.

Dördgünlük biletlər azarkeşlərə trekdə 3 gün davam edəcək yarışlarla yanaşı həmin günlər ərzində trekdən kənarda baş tutacaq əyləncə tədbirlərinə qatılmaq və həmçinin 4 iyun tarixində, cümə axşamı günü keçiriləcək Pit Yolu yürüşündə iştirak etmək imkanı verir. Bu bənzərsiz təcrübə minlərlə coşğulu F1 azarkeşinə komandaların qarajlarına səfər edərək mühəndis və mexaniklərin bolidləri Formula 1 Dünya Çempionatının ən unudulmaz və ən dramatik yarışlarından birinə çevrilmiş Azərbaycan Qran Prisinə necə hazırladıqlarının şahidi olmaq imkanını təqdim edir".

Qeyd edək ki, 2020-ci Azərbaycan Qran-prisinə 5 - 7 iyunda keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...