Güləşçimiz Hərbçilərin Dünya Oyunlarında bürünc medal qazanıb | Eurasia Diary - ednews.net

15 Noyabr, Cümə


Güləşçimiz Hərbçilərin Dünya Oyunlarında bürünc medal qazanıb

İdman A- A A+

Çinin Uxan şəhərində keçirilən Hərbçilərin VII Dünya Oyunları yarışları davam edir.

Eurasia Diary xəbər verir ki, oktyabrın 23-də daha bir idmançımız güləşin yunan-Roma növündə medal qazanıb. Suriyalı Abdulkərim Əl-Həsən xalça üzərinə çıxmadığı üçün ilk mərhələdən azad olan həmyerlimiz 1/4 finalda fransız Mamadassa Silladan güclü olub. Yarımfinalda dünya və ikiqat Avropa çempionu Artyom Surkovla qarşılaşan M.Rəhmanov Rusiya təmsilçisinə uduzub. Təmsilçimiz bürünc medal uğrunda görüşdə gənclər arasında son dünya çempionatının gümüş medalçısı Şant

Xaçatryanla üz-üzə gəlib. Yunan-Roma güləşçimiz Ermənistan idmançısı ilə prinsipial görüşdən qalib ayrılaraq Dünya Oyunlarında üçüncü yeri tutub.

Bu MOİK komandasının Çin Xalq Respublikasında keçirilən yarışlarda qazandığı 3-cü bürünc medaldır. 

Qeyd edək ki, sərbəst güləşdə Mahir Əmiraslanov (57 kq) və Ağahüseyn Musafayev (74 kq), qadın güləşində Tatyana Varansova (53 kq), eləcə də yunan-Roma güləşində Murad Bazarov (60 kq) mübarizəni medalsız başa vurublar. Daha iki yunan-Roma güləşçimiz - Həsən Əliyev (77 kq) və Rafiq Hüseynov (87 kq) isə oktyabrın 24-də xalça üzərinə çıxacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...