Qadın şahmatçılarımız Avstriya komandasına qalib gəlib | Eurasia Diary - ednews.net

15 Noyabr, Cümə


Qadın şahmatçılarımız Avstriya komandasına qalib gəlib

İdman A- A A+

Batumidə komandalararası Avropa çempionatının üçüncü turunun oyunları başa çatıb.

Eurasia Diary-nin məlumatına görə, qadınlardan ibarət komandamız Avstriya yığmasına böyük hesabla qalib gəlib - 3,5:0,5.

Şahmatçılarımızdan Xanım Balacayeva Veronika Exler, Ülviyyə Fətəliyeva Denise Trippoldı, Türkan Məmmədyarova Barbara Teuschler üzərində qələbə qazanıblar. Komandamızın digər üzvü Gülnar Məmmədova Julia Novkoviclə heç-heçə edib. Bu nəticə ilə qadın yığmamız turnir cədvəlində xeyli irəliləyərək 8-ci yerdə qərarlaşıb.

Kişilərdən ibarət komandamız Ukrayna yığmasının üzvləri ilə mübarizə aparıblar. Təmsilçilərimizdən üçü - Şəhriyar Məmmədyarov Vasili İvançuk, Rauf Məmmədov Andrey Volokitin, Qədir Hüseynov Vladimir Anisçuk ilə heç-heçə ediblər. Yığma üzvlərindən yalnız Arkadi Naydiçin Yuri Kuzobovla qarşılaşması məğlubiyyətlə bitib. Nəticədə yığmamız Ukrayna komandasına məğlub olub - 1,5:2,5.
 
Qeyd edək ki, kişilərdən ibarət komandamız birinci turda Serbiya (3,5:0,5), ikinci turda Fransa komandalarını (2,5:1,5) məğlub edib. Qadın yığmamız birinci turda Latviya şahmatçılarına böyük hesabla (4:0) qalib gəlsə də, ikinci turda İspaniya yığmasına (0,5:3,5) uduzub.
 
Xatırladaq ki, kişilərdən ibarət komandamız hazırkı Avropa çempionudur. Yığmamız ümumilikdə üç dəfə Avropa çempionu olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...