Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş Azərbaycana gəlib.
Eurasia Diary-nin məlumatına görə, təcrübəli mütəxəssisin səfəri AVRO-2020-nin final mərhələsinin Bakıda keçiriləcək oyunları ərəfəsində tanışlıq məqsədi daşıyır.
“Ay-ulduzlular”ın nümayəndə heyəti ilə birlikdə paytaxtımıza gələn Ş.Günəş Bakı Olimpiya Stadionuna baş çəkəcək. Qonaqlar həmçinin baza və infrastrukturla tanış olacaqlar.
1 / 2