Messidən yeni rekord müəyyənləşdirib | Eurasia Diary - ednews.net

23 Yanvar, Cümə axşamı


Messidən yeni rekord müəyyənləşdirib

İdman A- A A+
İspaniya “Barselona”sının futbolçusu Lionel Messi La Liqanın cari mövsümündəki qol sayını 12-yə çatdırıb.
 
Eurasia Diary saytının məlumatına görə, argentinalı ardıcıl 14-cü mövsümdə çempionatda 10 və daha çox qol vurmağı bacarıb.
 
Bu, “Böyük beşlik”də ilkdir. İndiyədək İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransanın yüksək liqalarında heç bir futbolçu ardıcıl 14 mövsümdə bunu bacarmayıb.
 
32 yaşlı cənubi amerikalı bu rekordun tək sahibi kimi çox qalmaq ehtimalı yüksək deyil. Çünki portuqaliyalı Kriştianu Ronaldo 13 mövsüm 10 və daha artıq qol vurub. Cari çempionatda isə “Yuventus”un forvardı 7 dəfə fərqlənib. Daha üç qol vuracağı halda, o da L.Messiyə çatacaq.
 
Qeyd edək ki, argentinalı La Liqanın XVI turunun “Malyorka” ilə görüşündə (5:2) het-trikə imza ataraq qol sayını 12-yə yüksəldib
 
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...