Millimizə yeni - Baş Məşqçi seçildi | Eurasia Diary - ednews.net

27 Yanvar, Bazar ertəsi


Millimizə yeni - Baş Məşqçi seçildi

İdman A- A A+
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib. "Qafqazinfo" xəbər verir ki, bu vəzifəyə Vаsif Talıbov təyin edilib. 46 yaşlı mütəxəssisə Famil Ağayev və Eldar Yusubov yardımçı olacaqlar. Onların ilk sınağı 7 - 12 yanvar 2020-ci ildə Hollandiyada keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirinə təsadüf edəcək. Hər üç mütəxəssis qadınlar arasında keçirilən Azərbaycan Super Liqasında müvafiq olaraq, “Murov”, “Azərreyl” və “Abşeron” komandalarının baş məşqçiləridir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...