Ötən gecə İspaniya La Liqası çərçivəsində "Kamp Nou"da 4-1 hesabı ilə başa çatan "Barselona" - "Alaves" oyunu katalonların kapitanı Lionel Messi üçün əlamətdar olub.
Eurasia Diary xəbər verir ki, ulduz futbolçu bir ildə 50 qol vurmağı bacarıb.
Belə ki, Messi son 10 ilin doqquzunda il ərzində azı 50 qol vurub:
2010 : 60
2011 : 59
2012 : 91
2013 : 45
2014 : 58
2015 : 52
2016 : 59
2017 : 54
2018 : 51
2019 : 50
Bundan başqa, argentinalı hücumçu bu oyunda vurduğu qolla "Barselona" ilə La Liqada 600 qolun vurulmasında iştirak edib. O, 465 oyunda 432 qol vurub, 168 məhsuldar ötürmə edib.
Ulduz futbolçu "Barselona" forması ilə 618 qol vurub.
Qeyd edək ki, Messi cari çempionatda 13 qolla bombardirdir.