Formula-1 Azərbaycana yarım milyard dollardan çox gəlir gətirib | Eurasia Diary - ednews.net

24 Yanvar, Cümə


Formula-1 Azərbaycana yarım milyard dollardan çox gəlir gətirib

İdman A- A A+

Bakıda keçirilən Formula-1 yarışlarından Azərbaycanın əldə etdiyi gəlirin məbləği müəyyənləşib.

Eurasia Diary-nın məlumatına görə  bu rəqəm Bakı Şəhər Halqası Əməliyyat şirkətinin təşkil etdiyi tədbirdə açıqlanıb. PwC Azərbaycan beynəlxalq audit şirkətinin hesabatına əsasən, 2016-2019-cu illərdə keçirilən yarışlardan 506,3 milyon dollar gəlir əldə olunub.

Bu məbləğ yarışlar ərəfəsində Formula-1 ilə əlaqədar Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir. Bu rəqəmə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən peşəkar xidmətlər, otel və mehmanxana, restoran, nəqliyyat, sosial və mədəni xidmətlər, kənd təsərrüfatı, poçt və telekommunikasiya, topdan ticarət və elektrik, qaz, su və digər sektorlarda qeydə alınmış gəlirlər daxildir.

Qeyd edək ki, yarışın növbəti Azərbaycan Qran-prisi bu il iyunun 5-7-də keçiriləcək.

apasport.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...