Cəbəllütariqdə keçirilən beynəlxalq şahmat festivalının "Masters” turnirinin dördüncü turunun oyunlarını Azərbaycan təmsilçiləri heç-heçə ilə başa vurublar.
Eurasia Diary xəbər verir ki, Şəhriyar Məmmədyarov argentinalı Leandro Krysa, Vasif Durarbəyli italiyalı Pier Luigi Basso ilə "sülh”ə razılaşıblar. Dörd turdan sonra V.Durarbəyli 3,5 xalla dördüncü, Ş.Məmmədyarov 3 xalla 12-ci pillədədirlər.
"Masters” turnirinə dünyanın müxtəlif ölkələrindən 241 şahmatçı qatılıb. Onlardan 116-sı qrossmeysterdir.(xezerxeber.az)