"Palmeyras"ın yarımmüdafiəçisi Mateus Fernandes Avropaya köçüb.
Eurasia Diary xəbər verir ki, 21 yaşlı orta sahə oyunçusu "Barselona"ya transfer olunub.
Kataloniya klubu gün ərzində braziliyalı oyunçunun keçidini və transfer məbləğini açıqlayacaq. Yeni komandası ilə uzunmüddətli müqavilə bağlayan Fernandes "Valyadolid"ə icarəyə verilib. O, yalnız mövsümün sonunda "Barsa"ya qoşulacaq.
Qeyd edək ki, Mateus Fernandes "Palmeyras"a ötən ilin yanvarında "Botafoqo"dan keçmişdi. (apasport)