"Beşiktaş" 32 yaşlı Kevin-Prins Boatenqi heyətinə qatdığını açıqlayıb.
Eurasia Diary xəbər verir ki, futbolçu mövsümün sonuna kimi bu komandada oynayacaq.
Klubun verdiyi açıqlamalarda bildirilib ki, İtaliyanın “Fiorentina” komandasında çıxış edən qanalı hücumçu Kevin-Prins Boatenqi icarəyə götürüb
32 yaşlı yarımmüdafiəçi cari mövsümün sonunadək İstanbul təmsilçisinin formasını geyinəcək.
O, bu müddət ərzində 350 min avro qazanacaq.
Qeyd edək ki, K.P.Boatenq cari mövsümdə İtaliya komandasının heyətində keçirdiyi 14 matçda 1 qol vurub.(publika.az)