"Dünya tarixinin ən yaxşı futbolçusu" hesab edilən braziliyalı futbol əfsanəsi Pelenin oğlu deyib ki, atası "tək yeriyə bilmədiyi üçün çölə çıxmağa utanır".
Eurasia Diary xəbər verir ki, 79 yaşlı Pelenin oğlu Edinho atasının səhhətində bir sıra problemlərin olduğunu açıqlayıb.
Edinho atasının əməliyyatdan sonra yeriməkdə çətinlik çəkdiyini bildirərək deyib:
"Atam öz qınına çəkilib. O, kral fikirləşir. Həmişə dominant fiqur olub. İndi isə, düzgün yeriyə bilmir. Utanır. Başqalarının onu görməyini istəmir".
Pele 21 illik futbol karyerasında 1363 oyunda 1281 qol ataraq dünya rekordu qırmışdı.
Əfsanəvi futbolçu Braziliya milli komandasında oynadığı 91 oyunda 77 qol atmışdı. (bbcnewsazərbaycan)