Lionel Skaloni: - “Messinin “Barselona”dakı vəziyyəti məni narahat etmir” | Eurasia Diary - ednews.net

10 Aprel, Cümə


Lionel Skaloni: - “Messinin “Barselona”dakı vəziyyəti məni narahat etmir”

İdman A- A A+

Argentina millisinin baş məşqçisi Lionel Skaloni hücumçu Lionel Messi ilə bağlı açıqlama verib.

Eurasia Diary  xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssis, hücumçunun “Barselona”dakı vəziyyəti haqqında danışıb:

“Düşünürəm ki, Messinin vəziyyəti yaxşıdır. “Betis”lə oyunda (3:2) qol vurmasa da, məhsuldar ötürmə verdi və yaradılan hər qol epizodunda iştirak edirdi. Özünü yaxşı hiss etdiyini düşünürəm. Gələcək karyerası ilə bağlı qərar verməli olacaq, amma məncə, o, bu vəziyyətlə bağlı narahat deyil. Həm millidə, həm də “Barselona”da vəziyyəti yaxşıdır. Messinin “Barselona”dakı vəziyyəti məni narahat etmir.

Messi millidə uğur qazanmaq istəyən yeganə şəxs deyil. Hamımız qalib gəlmək istəyirik. Əsas məsələ Amerika kubokunda qalib gəlmək üçün cəhd etməkdir. Çalışacağıq və ümid edirəm ki, bunu bacaracağıq”.(unikal.org)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...