Tanınmış güləşçi qətlə yetirilib | Eurasia Diary - ednews.net

4 Aprel, Şənbə


Tanınmış güləşçi qətlə yetirilib

İdman A- A A+

Tanınmış makedoniyalı güləşçi Benjamin Nuişi Serbiyanın Blase şəhərindəki gecə klublarından birinə edilən silahlı basqın zamanı güllələnib.

Eurasia Diary  xəbər verir ki, fevralın 15-də baş verən silahlı basqında başından güllə yarası alaraq yerindəcə keçinən 22 yaşlı idmançı həmin klubda işləyirmiş.

Polisin məlumatına əsasən, hadisə oğurluq zəminində baş verib.

Benjamin Nuişi sonuncu dəfə Türkiyənin Kahramanmaraş şəhərində keçirilən dünya çempionatında azərbaycanlı olan idmançıya məğlub olub.(azərtac)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...