Milli oyunçumuz Emil Balayev böyük ehtimala karyerasını Norveçdə davam etdirəcək.
Eurasia Diary sport24.az-a istinadən xəbər verir ki, Norveçin "Bodo Qlimt" klubu Azərbaycan millisinin qapıçısının xidmətində maraqlıdır və 26 yaşlı qapıçımıza rəsmi məktub göndərib. Tərəflərin müqavilə şərtlərində ilkin razılığa gəldiyi, bəzi prinsipial məqamlarda isə yaxın günlərdə ortaq məxrəcə gəlinəcəyi gözlənilir.
Qeyd edək ki, Norveçdə çempionatın yaz-payız sistemi ilə keçirilir və "Bodo Qlimt"in Norveç çempionatının gümüş mükafatçıdır. Komanda qızıl medal uğrunda mübarizədə “Rusenburq”u qabaqlasa da, "Molde"dən geri qalıb və 16 illik fasilədən sonra avrokubokarda çıxış etmək hüququna yiyələnib. Norveçdə yeni – 2020-ci il mövsümü aprelin əvvəlində başlanır.