PSJ yayda baş məşqçini dəyişdirməyi düşünür.
Eurasia Diary matc.az-a istinadən xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Bildirilir ki, Paris təmsilçisinin idman direktoru Leonardo Tomas Tuxelin işindən o qədər də məmnun deyil. Həm də vaxtaşırı aralarında münaqişə olur.
Bununla yanaşı, klub rəhbərliyində komandanın Çempionlar Liqasındakı çıxışı narzalıq yaradıb. Onlar Tuxelin PSJ-ni hədəflərinə çatdıra bilməyəcəyini düşünür.
Qeyd edək ki, artıq Fransa mətbuatında almaniyalı mütəxəssisin yerinə namizədlər var. Massimiliano Allegri və ya Maursio Sarrinin Tuxeli əvəz edəcəyi yazılır.