La Liqanın 25-ci turunda “Real Madrid” səfərdə “Levante”yə 0:1 hesabı ilə uduzub.
Eurasia Diary xəbər verir ki, bununla da madridlilər liderliyi itirib. Birinci yerə isə “Barselona” yüksəlib. Hazırda kataloniyalılar 55 xalla ilk, “Real” isə 53 xalla ikinci pillədədir.
Qeyd edək ki, çempionatın növbəti turunda “Real” “Barselona”nı qəbul edəcək. Oyun martın 1-də keçiriləcək.(publika.az)