Türkiyə Super Liqasının 23. turunda Fənərbağça və Qalatasaray qarşı-qarşıya gəliblər. Oyun sarı-qırmızıların 1-3 hesablı qələbəsilə nəticələnib.
Qeyd edək ki, Fənərbağça komandası 21 ili idi ki, öz doğma meydanında aslanlara məğlub olmurdular.
Eurasia Diary “TRT Spor”a istinadən bildirir ki, oyundan sonra Fənərbağça komandasının baş məşqçisi Ersun Yanal istefa məktubunu Klub prezidentinə təqdim edib. Baş məşqiçisin istefası ilə bağlı rəsmi açıqlama verilməyib.