Yuventusun bu oyunçusu 2020-ci ildə ilk dəfə bir oyunu qolsuz tamamlayıb | Eurasia Diary - ednews.net

5 Aprel,


Yuventusun bu oyunçusu 2020-ci ildə ilk dəfə bir oyunu qolsuz tamamlayıb

İdman A- A A+

Dünən çempionlar Liqasının 1/8 final matçında “Lion” doğma meydanda “Yuventus”u məğlub edib -1:0.

Eurasia Diary xəbər verir ki, bu görüşdə İtaliya təmsilçisinin ulduz futbolçusu Kristiano Ronaldo 2020-ci ildə ilk dəfə bir oyunu qolsuz tamamlayıb.

Belə ki, portuqaliyalı cari ildə bütün oyunlarda qol vurmağı bacarmışdı. O, A Seriyasında yeddi, İtaliya kubokunda isə meydana çıxdığı iki qarşılaşmada adını tabloya yazdıra bilib. Ancaq Ronaldo “Lion”a qarşı fərqlənməməklə seriyanı davam etdirə bilməyib.

Qeyd edək ki, 35 yaşlı futbolçu bu mövsüm A Seriyasında 25 qol vurub.

 

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...