Millimizin qapıçısı artıq Norveç klubunun düşərgəsindədir | Eurasia Diary - ednews.net

2 Aprel, Cümə axşamı


Millimizin qapıçısı artıq Norveç klubunun düşərgəsindədir

İdman A- A A+

"Tobol”dan ayrılan Azərbaycan millisinin qapıçısı Emil Balayev Norveçin “Bodo-Qlimt” klubunun düşərgəsindədir.

Eurasia Diary AN nəşrinə istinadən xəbər verir ki, klubun qapıçılar üzrə məşqçisi Conas Ueland Kolstad 25 yaşlı qolkiperlə bağlı açıqlama verib:
 
“Emil Qazaxıstan və Azərbaycanda son illər yüksəlişə nail olub. Azərbaycan millisinin heyətində Avropa çempionatının seçmə mərhələsində çıxış etdi. Onu uzun müddətdir ki izləyirik və maraqlı olduğunu düşünürük. Ona daha da yaxından baxmaq üçün bura dəvət etdik. Sonda nə baş verəcəyini görəcəyik, o, məşqlərini davam etdirir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...