Rusiyanın paytaxtı Moskvada şəhər meriyası koronavirus epidemiyasının yayılmasının qarşısını almaq üçün tədbirlər planı hazırlayır.
Eurasia Diary "Championat"a istinadən xəbər verir ki, bununla bağlı iki variant üzərində iş gedir.
A planında profilaktik tədbirlər nəzərdə tutulub. Burada Rusiya paytaxtında fevralın 28-dən sonra keçirilən bütün beynəlxalq idman tədbirlərinin müəyyən müddətə qədər təxirə salınmasından bəhs olunur. B planında isə idman yarışlarına qadağa qoyulması, stadionların, idman meydançalarının bağlanması qeyd olunub.
Qeyd edək ki, Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində 811 nəfər koronavirusa yoluxmada şübhəli bilinir.(report)