AFFA-nın vitse-prezidenti milli komandamızın şanslarından danışıb - "Əsas məqsədimiz hər oyunda 3 xal qazanmaq olacaqdır" | Eurasia Diary - ednews.net

9 May,


AFFA-nın vitse-prezidenti milli komandamızın şanslarından danışıb - "Əsas məqsədimiz hər oyunda 3 xal qazanmaq olacaqdır"

İdman A- A A+

 "Əsas məqsəd hər oyunda 3 xal qazanmaq olacaqdır. Eyni səviyyəli komandalarla bir qrupda yer almışıq. Monteneqro millisini nisbətən güclü rəqib hesab etmək olar”

EDNews Sputnik-ı istinadən xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov federasiyanın rəsmi saytına açıqlamasında UEFA Millətlər Liqasının püşkünü dəyərləndirərkən deyib.

“Bu komandanın C liqasının 1-ci səbətində yer alması da fikrimi təsdiqləyir. Bizi maraqlı yarış gözləyir. Milli komandamıza uğurlar arzulayıram. Təbii ki, əsas məqsədimiz hər oyunda 3 xal qazanmaq olacaq. Bu cür qrupda mübarizə aparmaq və yaxşı nəticə qazanmaq mümkündür”, -  deyə E.Məmmədov bildirib.


 

EDNews

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...